Ukrayna Milli Polisi Xarkov vilayətinin Kupyansk bölgəsində 42 yaşlı rusiyalı hərbçini yaxalayıb.

İqtisadiyyat.az xəbər verir ki, adı açıqlanmayan mülki geyimdə olan hərbçi patrul xidməti tərəfindən saxlanılıb.

O, Rusiyanın 27-ci motoatıcı briqadasında xidmət etdiyini və Moskva vilayətində yaşadığını bildirib.

Hərbçi son altı ay ərzində Kupyanskın özündə və ətrafında tərk edilmiş evlərdə gizləndiyini deyib.