2022-ci ilin yanvar-oktyabr aylarında əcnəbilər bank kartları vasitəsi ilə 1 806,7 mln. manatlıq əməliyyat aparıblar, bu da illik müqayisədə 87,7% artım deməkdir.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin oktyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 149 mln. manat təşkil edib, bu illik müqayisədə 19,8% çoxdur.