Azərbaycanda idxal və ixrac əməliyyatları ilə məşğul olanların sayı artır.

İqtisadiyyat.az  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 7 ayında xarici ticarət iştirakçılarının sayı 39 min 516 şəxs olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 min 528 şəxs çoxdur. 2020-ci ilin 7 ayında xarici ticarət iştirakçılarının sayı 28 min 988 şəxs olmuşdu.

Hüquqi şəxs olan xarici ticarət iştirakçılarının sayı 520 şəxs artaraq 7 min 290 şəxsə, fiziki şəxs olan xarici ticarət iştirakçılarının sayı isə 10 min 8 şəxs artaraq 32 min 226 şəxsə yüksəlib. Ötən ilin 7 ayında 6 min 770 hüquqi, 22 min 218 fiziki şəxs xarici ticarət iştirakçısı idi. 

Qeyd edək ki, fiziki şəxs xarici ticarət iştirakçılarının rəsmiləşməsinə limitlərin artırılması və qaydaların təkmilləşdirilməsi də səbəb olub. 

Xarici ticarət iştirakçılarının sayı (2021-ci ilin yanvar-iyul dövrü)

xarici-ticaret.jpg