Prezident seçkilərinin ikinci turu üçün xaricdə və gömrükdə səs vermək üçün məntəqələrə gedən seçicilərin sayı 1 milyon 150 mini keçib.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, prosses 73 ölkədəki 156 nümayəndəlik və gömrük qapılarında davam etdirilir. Xaricdə ümumilikdə 3461 seçki qutusu quraşdırılıb.

Ali Seçki Qurumundan əldə edilən məlumata görə, üçüncü gün saat 10.30-a xarici seçici siyahılarında qeydə alınmış, xarici nümayəndəlik və gömrüklərdə səs verən seçicilərin ümumi sayı 1 milyon 153 min 842 nəfər olub.

Xatırladaq ki, səsvermə prosedurları mayın 24-dək xarici nümayəndəliklərdə, mayın 28-dək isə gömrükdə saat 17.00-dək davam edəcək.