Dövlət Proqramı ilə doktoranturta səviyyəsində xaricdə təhsil ildə iki dəfə keçirilir, fevralda və iyulda.

İqtisadiyyat.az xəbər verir ki, bunu “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib. Onun sözlərinə görə, xaricdə bakalavr və magistr səviyyəsinə qəbulu isə semestr başlamamışdan 6 ay əvvəl elan edilir:

“"2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" əsasında xaricdə bakalavr və magistraya qəbul yaxın günlərdə açıq elan ediləcək”.