Xankəndi şəhərinin Baş planının hazırlanmasına start verilib.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı müvafiq işlərə başlayıb.

Xankəndi şəhərinin Baş planını "Chapman Taylor LLP" şirkəti hazırlayacaq.

Dövlət Komitəsi ilə qeyd olunan şirkət arasında 2 874 187,23 manat dəyərində müqavilə bağlanıb.