Xankəndi şəhərində yerləşən 7 ədəd yataqxana tipli yaşayış binaları əsaslı təmir olunacaq.
Bu barədə İqtisadiyyat.az Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə istinadən xəbər verir.
İdarə bununla bağlı hazırlıqları yekunlaşdırıb və əsaslı təmir işləri üçün layihə-smeta sənədlərinin hazırlanmasını "Design Project" şirkətinə həvalə edib.
Bağlanılmış müqaviləyə əsasən, şirkət layihə-smeta sənədlərini 608.054 manata hazırlayacaq.
Həmin binaların əsaslı təmir işlərini isə "VK Group N1" şirkəti həyata keçirəcək. Bağlanılmış müqaviləyə əsasən, təmir işləri 3.240.000 manata başa gələcək.