"Aztelekom" MMC işğaldan azad edilmiş ərazilərdə rabitə və rəqəmsal imkanları artırmaq üçün əsas internet infrastrukturunu istismara verir.  

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən İqtisadiyyat.az-a verilən məlumata görə, artıq Xankəndi və Xocalı əraziləri genişzolaqlı internet şəbəkəsi ilə təmin edilib. 

Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə 600 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,4 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 49 faizini təşkil edir və cari ilin sonuna bu göstəricinin 60 faizə çatdırılması hədəflənib.