2024-cü ilin yanvar ayında “Xalq Sığorta” şirkətinin topladığı sığorta haqları 1,15 milyon manat təşkil edib.
İqtisadiyyat.az-ın hesablamasına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 75% azdır.
Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 3,4 milyon manat olub. 2023-cü ilin eyni dövründə “Xalq Sığorta” 4,59 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Yığımların kəskin azalması ilə yanaşı, “Xalq Sığorta”nın sığorta ödənişləri sözügedən dövrdə 63,7% və ya 1,6 milyon manat azalaraq 910 min manat təşkil edib. 2023-cü ilin ilk ayında bu rəqəm 2,5 milyon manata bərabər olmuşdu.
Sığorta şirkətinin yığımlarının kəskin azalması fonunda onun zərərliliyini (ödəniş-yığım nisbəti) kəskin artıb. Belə ki, 2023-ci ilin yanvar ayında “Xalq Sığorta” topladığı hər 100 manatdan 54,5 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 79,1 manat təşkil edib.