Xalq Bank kredit şöbəsinin mütəxəssisi (Bakı filialları) vəzifəsinə vakansiya elan edir.

İqtisadiyyat.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;

Kredit müraciətlərinin qəbulu və analizi;

Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi;

Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;

Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;

Kredit sənədlərinin tərtibi;

Kredit portfelinə nəzarət və idarə etmək;

Müştəri hesablarının aparılmasına nəzarət;

Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Tələblər:

Maliyyə, İqtisadiyyat, Menecment və Hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);

Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;

Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;

Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;

Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;

Riyazi hesablama aparmaq qabiliyyəti;

Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

Kompüter bilikləri.