Xalq Bank maliyyə təhlili və idarəedici hesabatlılıq şöbəsinin mütəxəssisi (Təhlil istiqaməti) vəzifəsinə vakansiya elan edir.

İqtisadiyyat.az xəbər verir ki, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Bank rəhbərliyinin və Komitələrin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi;

Bankın maliyyə göstəricilərinin təhlili;

Analitik hesabatların tərtib olunması;

Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması;

Xərclərin optimallaşdırılması üzrə təkliflər.

Tələblər:

Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə magistr təhsili;

Maliyyə sektorunda minimum bir il təcrübə (mütəxəssis tələbi üzrə), Bank sektorunda iş təcrübəsinin olması üstünlükdür;

Ofis proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə MS Excel);

Analitik və riyazi düşünmə qabiliyyətinin yüksək olması;

Xarici dil biliyi (İngilis dili mütləqdir)  – orta səviyyədə;

Komunikasiya qabiliyyətinin yüksək olması;

Komanda ilə işləmək bacarığı.