“Xalq Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 54 milyon 48 min manat xalis mənfəətlə başa vurub.

Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,6 % çoxdur.

Bu ilin 9 ayı ərzində “Xalq Bank”ın gəlirləri 168 milyon 581 min manat təşkil edib ki, bu da illik müqayisədə 23,2 % çoxdur. 

Bu ilin hesabat dövründə bankın xərcləri 104,777 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,5 % çoxdur. 

Bankın aktivlərinin həcmi 2 milyard 942 milyon 459 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 4,5 % və ya 140 milyon manat azdır.

"Xalq Bank"ın depozitlərinin həcmi 1 milyard 980 milyon 690 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 10,8 % və ya 240 milyon 275 min manat azdır. 

Bankın cəmi öhdəlikləri 10,8 % azalaraq 2 milyard 442 milyon manata enib. Bankın cəmi kapitalı isə 0,8 % azalaraq 500,4 milyon manat təşkil edib.