Xalq Bank Maliyyə təhlili və idarəedici hesabatlılıq şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə 

Şəhər: Bakı

Namizədə dair tələblər: 

  • Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə magistr təhsili;
  • Maliyyə sektorunda minimum bir il təcrübə (mütəxəssis tələbi üzrə);
  • Yaxşı səviyyədə SQL bilikləri;
  • Office proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə MS Excel);
  • Maliyyə üzrə təməl biliklərin olması: balans, mənfəət / zərər;
  • İngilis dili – orta səviyyədə;
  • Python üzrə işləmək bacarığının olması üstünlükdür (əsas syntax bilikləri vacibdir);
  • VBA biliklərinin olması arzuolunandır;
  • Alqoritmik düşünmə qabiliyyəti;
  • Komunikasiya qabiliyyətinin yüksək olması;
  • Komanda ilə işləmək bacarığı.

İşin təsviri:

  • Bank rəhbərliyinin və Komitələrinin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi;
  • Bankın maliyyə göstəricilərinin təhlili;
  • Analitik hesabatların tərtib olunması;
  • Vizual dashboard-ların qurulması;
  • Müxtəlif məlumat bazaları üzrə optimal SQL sorğuların yazılması;
  • Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması.
  • Xərclərin optimallaşdırılması üzrə təkliflər;
  • Məhsul və xidmətlərin maya dəyərinin ölçülməsi;

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri: 

 -mail:  cv@xalqbank.az 

Telefon: (012) 404 43 39

Faks: (012) 404 43 34