"Xaliq Faiqoğlu"nun avtobuslarında növbəti dəfə qanunsuz reklam yayımı aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, buna görə də daşıyıcı şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsinə əsasən mahiyyəti eyni olmaqla iki dəfə cərimə protokolu tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib və işin biri hakim Zamiq Bağırovun, digəri isə Vüsal Tağıyevin icraatına verilib.

Daşıyıcı şirkətin barəsində protokollar tərtib olunan maddədə deyilir ki, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, "Xaliq Faiqoğlu" bundan əvvəllər də eyni inzibati xətaya görə dəfələrlə cərimələnib.