Bu barədə İqtisadiyyat.az Aqroparka istinadən xəbər verir.
Qeyd edilib ki, kreditorlar məsələ ilə bağlı 1 ay müddətində Xaçmaz rayonu, Sayad kəndi ünvanına müraciət edə bilərlər.
Məlumata görə, şirkətin hazırda nizamnamə kapitalı 7 450 000 manatdır.
Xatırladaq ki, “Xaçmaz Aqropark” 2021-ci ildə fəaliyyətə başlayıb. Onun rəhbəri Rauf Mailov Afik oğludur. Şirkətin əsas fəaliyyət istiqamətləri iribuynuzlu heyvandarlıq (südlük və ətlik) və əkinçilikdir. Müəssisədə yüksək süd və ət məhsuldarlığı olan “Holstein friz” və “Simmental” cins heyvanlar bəslənilməkdədir.