ABŞ-nin keçmiş prezidenti Donald Trampın "X" platformasındakı (Twitter) hesabı üçün axtarış verilib və "X" tələbi vaxtında yerinə yetirməyib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, ABŞ-də məhkəmə "X" şəbəkəsini Trampın işinin istintaqını gecikdirdiyinə görə 350 min dollar cərimələyib.

Məlumata görə, Trampla bağlı təhqiqat aparan xüsusi prokuror yanvar ayında keçmiş prezidentin "X" hesabında axtarış qərarı alıb. Lakin ABŞ Apellyasiya Məhkəməsinin qənaətinə görə, sosial şəbəkə onun həyata keçirilməsini gecikdirib.

 

Gözəl Həşimova