"Venesuela hakimiyyəti Qayana-Essekibo sərhədində silahlı qüvvələrini artırır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşr qeyd edib ki, Venesuela yüngül tankları, raketlə təchiz olunmuş patrul katerlərini və zirehli personal daşıyıcılarını sərhədə çəkir ki, bu da peyk görüntüləri ilə təsdiqlənib.

Qəzet əlavə edib ki, ötən ilin sonuna olan məlumata görə, Venesuela silahlı qüvvələrinin tərkibində 150 ​​minə yaxın hərbçi var. Öz növbəsində, Qayana qoşunlarının sayı təxminən 3 min hərbçidir.

"The Wall Street Journal" Qayana Xarici İşlər Nazirliyinin bəyanatından sitat gətirir: "Biz Venesuelanın pis niyyətindən təəccüblənmirik".

Venesuela ilə Qayana arasında Essekibo çayının qərbindəki Qayana-Essekibo adlanan ərazinin mülkiyyəti ilə bağlı mübahisə 100 ildən artıqdır ki, davam edir.