Macarıstanın Hava Yolları şirkəti olan "Wizz Air" Qəbələdən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə uçuşlar həyata keçirməyə başlayır.
Bu barədə İqtisadiyyat.az məlumat əldə edib.
Artıq şirkətin rəsmi saytında iyunun 19-dan etibarən Qəbələ-Əbu-Dabi istiqamində biletlər satışa çıxarılıb.
Qeyd edək ki, "Wizz Air" şirkəti bu vaxta qədər Azərbaycanda yalnız Bakı şəhərindən uçuşlar həyata keçirirdi.