"Microsoft"un əməliyyat sistemi "Windows"un növbəti versiyası gələn ilin ortalarında buraxılacaq.

Bu barədə İqtisadiyyat.az “The Commercial Times”a istinadən xəbər verir.

Məlumata görə, "Windows 12" gələn ilin iyunun 24-də təqdim olunacaq. Bildirilib ki, 2021-ci ilin eyni günündə "Microsoft" "Windows 11"i təqdim edib.

Açıqlamaya əsasən, aparıcı kompüter istehsalı şirkətlərinin rəhbərləri yeni nəsil əməliyyat sisteminin buraxılış tarixi barədə artıq məlumatlıdırlar. Ekspertlərinin fikrincə, "Windows 12"nin buraxılması kompüter satışlarına müsbət təsir göstərməlidir.

 

Gözəl Həşimova