"WhatsApp" messencerində videoları irəli və ya geri oxutmaq artıq mümkün olacaq.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, funksiya artıq sınaqdan keçirilir və o, "YouTube" kimi platformalarda olduğu kimi işləyəcək.

Videonu geri çəkmək üçün ekranın sağ və ya sol tərəfini iki dəfə klikləmək lazımdır və bu 10 saniyə irəli və ya geri getməyə imkan verəcək.

Bu xüsusiyyət "WhatsApp"ın "Android" versiyasında da mövcud olacaq. Yeniləmə həmçinin kamera düyməsini uzun müddət basılı saxlamaqla video mesajları göndərməyə imkan verəcək.

Yeni funksiyalar yaxın həftələrdə bütün istifadəçilərə təqdim olunacaq.

 

Gözəl Həşimova