Bütün dünyada istifadə edilən ani mesajlaşma platforması WhatsApp, yenilikləri ilə istifadəçilərin daha yaxşı təcrübə yaşamasını təmin edir. Platformanın işlədiyi son xüsusiyyət masaüstü beta versiyasında istifadə olunur. Şirkətin üzərində işlədiyi yeni funksiya platformaya birbaşa istifadəçilərə mesaj göndərməyə imkan verir.
Yeni funksiya sayəsində istifadəçilər “WhatsApp”la bağlı yeni inkişaflardan dərhal xəbərdar olacaqlar.
Funksiya ilə bağlı vacib bir detal, funksiyanın istəyə bağlı olmasıdır. Başqa sözlə, əgər istifadəçilər WhatsApp-dan mesaj almaq istəmirlərsə, mesajların qəbulunu dayandıra və ya səssiz edə biləcəklər.
Rəsmi WhatsApp söhbəti yalnız oxuya biləcəyiniz ucdan-uca şifrələnmiş söhbətdir. Ona görə də mesaja cavab verə bilmək olmayacaq. Yalnız söhbətin susdurulması və ya bloklanması mümkün olacaq.

Məhəbbət Məmmədov