Bir zəng və ya mesaj həyatınızı məhv edə bilər.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, mobil xətt istifadəçilərinin ən son şikayət etdiyi məsələlərdən biri "Whatsapp" vasitəsilə edilən beynəlxalq zənglər və yazılan mesajlardır. Onların hədəfi istifadəçilərin şəxsi məlumatlarını əldə keçirməkdir. 

Hindistan, Pakistan, İndoneziya, ABŞ və İngiltərə ərazi kodlarından istifadə edərək ünsiyyət quran fırıldaqçıların bu işdə ünsiyyət vasitələri "Whatsapp"dır. Tanınmayan xarici nömrədən göndərilən mesajda adətən "Google", "Youtube" və "Apple" kimi dünyanın ən böyük texnologiya şirkətlərinin adları çəkilir. Fırıldaqçılar bu şirkətlərin adını verib, orada işlədiklərini və verəcəkləri bəzi kiçik tapşırıqlarla istifadəçinin çox ciddi qazanc əldə edə biləcəklərini söyləyirlər. 

Daha sonra xəttinizə daxil ola bilən fırıldaqçıların gördüyü ilk işlərdən biri "Whatsapp" vasitəsi ilə hesaba daxil olmaqdır. Bu isə şəxsi söhbətlərin, foto və videoların və qeydə alınmış bütün məlumatların zərərli şəxslərin əlində olduğu deməkdir. 

Bu cür fırıldaqla üzləşib zərər görməmək üçün "Whatsapp"da tanımadığınız nömrələrdən gələn zənglərin və ya mesajların qarşısını almaq lazımdır. Bunun üçün parametrlər bölməsində "naməlum istifadəçiləri susdurmaq" bölməsini bağlamaq yetərlidir. Bu, tanımadığınız nömrələrdən gələn zəngləri avtomatik olaraq susdurur.

Gülşən Şərif

İqtisadiyyat.az