"WhatsApp" yeni funksiyasını sınaq üçün istifadəyə verib.
İqtisadiyyat.az xəbər verir ki, funksiya sayəsində tətbiqi eyni anda 4 smartfonda istifadə etmək olacaq.
Yeni funksiyadan necə istifadə etmək olar?
1) "WhatsApp"-ı ikinci cihaza quraşdırın və əsas ekrana keçin .
2) " Cihazı birləşdirin " üzərinə toxunun.
3) Əsas cihaza keçin və " Qoşulmuş Cihazlar " menyusuna daxil olun.
4) Əsas cihazda " Cihazı birləşdirin " üzərinə klikləyin .
5) Əsas cihazdakı ikinci cihazda görünən QR kodunu skan edin .
Hazırda bu funksiya yalnız "WhatsApp"-ın beta versiyasında mövcuddur.