"WhatsApp"da çoxdandır gözlənilən yenilik gəlmək üzrədir.

İqtisadiyyat.az bildirir ki, artıq "Whatsapp"da səsli statuslar da paylaşmaq mümkün olacaq. 

Bu barədə şirkət özü məlumat yayıb. Bildirilir ki, artıq istifadəçilər birbaşa 30 saniyə müddətində öz səsləri ilə status paylaşa biləcəklər.