"Mühasiblər az maaşla daha çox adamlarla çalışırlar. Bu sahədən xəbərsiz insanlarla çalışılır. Lakin sistem qurularsa həmin işi iki adamla da görmək olar".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Rəqəmlərin ritmi” şüarı ilə keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi”ndə  Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayevin moderator olduğu "Ziddiyyətlərin harmoniyası - rəhbər və mühasib" panelində biznes idarəçisi Vüsal Şərifov danışıb.

"Struktura qənaət edərək yüksək maaş vermək mümkündür. Rəqəmsiz inkişaf etmək mümkünsüzdür" - deyə Vüsal Şərifov qeyd edib.