Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən komanda 7-ci tur çərçivəsində evdə “Teuta” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyunda 0:2 hesabı məğlubiyyətə üzülüb. İsgəndərli oyuna start heyətdə başlayıb və 88-ci dəqiqədə əvəzlənib.

“Eqnatiya” hazırda 13 xalla 1-ci pillədə qərarlaşıb