İqtisadiyyat.az xəbər verir ki, bu barədə Serbiya lideri sosial şəbəkə hesabında paylaşım edib.
Vuçiç bildirib ki, telefon söhbətində Serbiya və Ukrayna arasında ikitərəfli əməkdaşlıq, hər iki ölkənin Avropa İttifaqına inteqrasiya prosesi, eləcə də “Ukrayna – Cənub-Şərqi Avropa” formatında əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, mart ayında Serbiya hökumətinin o vaxtkı sədr müavini Aleksandar Vulin bəyan etmişdi ki, Belqrad Ukraynaya sülhməramlı qüvvələr göndərilməsinin yalnız Rusiya ilə razılaşdırılacağı təqdirdə mümkün olduğunu hesab edir. O, belə bir addımın, ölkələrin öz hərbi iştiraklarını Ukrayna və ya Rusiya ərazisinə zorla qəbul etdirməyə cəhd kimi qiymətləndirilə biləcəyini qeyd etmişdi.