Yanvar-fevral aylarında Rusiyanın VTB Qrupu Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə 91,7 milyard rubl xalis mənfəət əldə edib. Birinci rübün xalis mənfəəti, ilkin hesablamalara görə, 140 milyard rubl təşkil edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərə VTB Bankın İdarə Heyətinin sədr müavini Dmitri Pyanov bildirib.

"İlk iki ayında ( yanvar-fevral ) xalis MHBS mənfəət 91,7 milyard rubl olub. Üç ay ərzində isə xalis mənfəəti 140 milyard rubl qiymətləndiririk. 140 milyard rubl ilkin nəticələrdir”, - deyə o bildirib.

Qrupun MHBS hesabatına görə, bu, rüb üçün rekord mənfəətdir.

"VTB 2023-cü ilin sonuna qədər MHBS üzrə 327 milyard rubldan çox xalis mənfəət əldə edəcəyini, yəni 2021-ci ilin rekordunu qıracağını gözləyir", - Pyanov əlavə edib.

“Yəni, birinci rübün nəticələrini nəzərə alaraq, gözlədiyimiz kimi, bu, yeni rekord olacaq” deyib.

İdarə Heyəti sədrinin müavini onu da bildirib ki, belə göstəricilərə baxmayaraq, bank böyük ehtimalla 2023-cü ilin sonuna qədər dividend ödəməyəcək.

Bankın İdarə Heyətinin sədr müavini Dmitri Pyanov jurnalistlərə bildirib ki, 2022-ci il üçün VTB Qrupu MHBS üzrə 613 milyard rubl zərər edib. Yerli standart üzrə eyni göstərici 756,8 milyard rubl təşkil edib.