Ciddi problemlər yaşayan avtomobil şirkəti "Volkswagen" Almaniyada ən azı üç fabrikini bağlamağı və on minlərlə iş yerini ixtisar etməyi planlaşdırır.
İqtisadiyyat.az bu barədə "DPA" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, konsern artıq işçiləri müvafiq planlar barədə məlumatlandırıb. Bildirilib ki, Almaniyadakı fabriklərdə bütün şöbələr bağlanmalı və ya xaricə köçürülməlidir.
Qeyd edək ki, Almaniyada şirkətin fabriklərində təxminən 120 min insan çalışır.
Gözəl Həşimova