Volkswagen şirkətinin Türkiyədə istehsal edəcəyi xəbəri nəhayət ki, reallaşır. 2018-ci ildən müxtəlif səbəblərdən ləngiyən razılaşma yaxın zamanlarda həyata keçiriləcək.

Şirkət yenilənmiş Volkswagen Transporter-i Türkiyədə istehsal edəcək.

Ötən həftə Ford yalnız Türkiyədə istehsal olunan E-Transit modelini təqdim etdi. Ford Otosan Volkswagen üçün 2023-cü ildə işə başlayacaq.

Qeyd edək ki, elektrikli Ford Transit iki fərqli mühərrik variantı ilə görünəcək. 135 kVt (184 at gücündə) variant kommersiya modelinin giriş variantı olsa da, 198 kVt (269 at gücündə) versiya daha güclü variantdır. 68 kVt/saat akkumulyatora sahib olan Ford E-Transit WLPT dövrünə uyğun olaraq 315 kilometr məsafəni təklif edir.