Almaniyanın "Volkswagen" avtomobil istehsalçısı Meksikadakı Puebla zavodunda koronavirus pandemiyası səbəbiylə əməliyyatların dayandırılmasını 18 maya qədər uzadacaq.

Fins.az Reuters-ə istinadən xəbər verir ki, şirkətin Meksikadakı Silao zavodu da müvəqqəti olaraq işləmir və burada istehsalın nə vaxt başlayacağı hələ müəyyənləşdirilməyib.

Hər iki zavodda yenidən başlanacaq istehsal ciddi sanitar-gigiyena tədbirləri çərçivəsində aparılacaq. Qeyd edilir ki, "Volkswagen" şirkəti hökumətlərin pandemiyaya qarşı qəbul etdiyi tədbirlərinə qatılan dünya istehsalçıları arasındadır.