“Volkswagen” 2033-cü ildən etibarən Avropada yalnız elektromobil satacaq, bu barədə avtomobil istehsalçısının rəhbəri Tomas Şefer bildirib. O vaxta qədər Avropa bazarı daxiliyanma mühərrikli yeni avtomobillərin premyerasını görəcək.

İqtisadiyyat.az bu barədə Kommersant-a istinadən xəbər verir.

2023-cü ildə “Volkswagen” yeni nəsil “Passat” və “Tiguan” modellərini nümayiş etdirəcək, “Tayron” krossoveri 2024-cü ildə, yeni “T-Roc” isə 2025-ci ildə görünəcək.

“Volkswagen” daxili yanma mühərrikli avtomobilləri digər bazarlar üçün saxlayacaq. Brend həmçinin istisna etmir ki, Avropa İttifaqı (Aİ) səlahiyyətliləri 2035-ci ildən etibarən sıfır karbon emissiyası kursundan imtina edərlərsə, Avropadakı model diapazonunun inkişaf planına düzəlişlər edə bilər.