“Visa” şirkəti Nurlan Hacıyevi Baş direktor, Azərbaycan üzrə menecer vəzifəsinə təyin edib.

Bu barədə “Visa” şirkətindən məlumat verilib.

Bildirilir ki, bu yeni vəzifədə N. Hacıyev “Visa”nın banklara, satıcılara və kart sahiblərinə verdiyi dəyəri artıraraq, Azərbaycanda elektron ödənişlər biznesinin inkişafını diqqət mərkəzinə qoyacaq.

“Visa"nın Azərbaycanda biznes inkişafı strukturunda təşkilatı dəyişikliklər şirkətin ölkədə böyük artım iddialarını əks etdirir. Nurlan Hacıyev artıq 9 il ərzində “Visa” komandasının dəyərli üzvü olaraq, müştərilərlə münasibətlərin möhkəmləndirilməsi, biznes inkişafı strategiyasının qəbulu və icrası məsələləri ilə məşğul olmuşdu. Yeni vəzifədə o, bu işi davam etdirəcək, eləcə də yerli komandanın inteqrasiyasını və uyğunluğunu təmin edəcək. Vəzifə yüksəlişi münasibəti ilə təbrik edirəm!”, – bunu “Visa”nın vitse-prezidenti, Azərbaycan və Mərkəzi Asiya üzrə regional meneceri Kristina Doroş söyləyib.

Qeyd edək ki, 2013-cü ildə “Visa”ya qoşulduqda N. Hacıyev “Visa”ya bankçılıq, marketinq, biznes inkişafı və ödəniş kartları sahələrində qazandığı 9 illik təcrübəsini özü ilə gətirib. “Visa”ya gəlməmişdən dərhal öncə N. Hacıyev “DəmirBank”da ödəniş kartları şöbəsinin rəisi vəzifəsində ekvayrinq, ödəniş məhsulları, ödəniş kartları ilə bağlı risklər və rəqəmsal kanalların inkişafı məsələlərinə cavabdeh idi. “DəmirBank”dan qabaq N. Hacıyev “Unibank”da çalışaraq marketinq və biznes inkişafı istiqamətlərini idarə edirdi. Azərbaycan üçün dönüş nöqtəsi olmuş “Visa Token” Xidmətinin və “Apple Pay” layihələrinin icrası, ilk B2B Connect xidmətinin təqdim olunması kimi layihələrə töhfə verməklə yanaşı N. Hacıyev sair böyük nailiyyətlərlə də fəxr edə bilər, şirkətdən bildirilib.

“Visa”nın Azərbaycanda biznes inkişafı üzrə direktor vəzifəsində fəaliyyətimin davamı olaraq, “Visa” komandası ilə birgə ölkədə nağdsız iqtisadiyyatın inkişafını davam etdirmək mənim üçün böyük sevincdir. Son bir neçə ildə işgüzar tərəfdaşlar, müştərilər və tənzimləyici qurumlarla sıx əlaqədə işləyərək, müştərilərə və tərəfdaşlara daha çox fayda vermək, bazarda rolumuzu gücləndirmək, ödəmələrin gələcəyini istiqamətləndirmək və Azərbaycanda innovasiyaların önündə getməkdən iftixar hissi keçirirəm,” – deyərək N. Hacıyev qeyd etdi.