Bakıda polis bölməsinin rəisi işdən çıxarılıb.
Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Məhəmməd Əhmədbəyli vəzifəsindən azad olunub.
Digər əmrlə o, Suraxanı Rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.lent.az