Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin "BİRinci Məktəblilər arası Debat Çempionatı" layihəsi çərçivəsində təlimlərə start verilib.

İqtisadiyyat.az xəbər verir ki, təlimlər "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin dəstəyi ilə peşəkar debat təlimçiləri tərəfindən keçirilib.

Təlimlərdə 150-ə yaxın şagird iştirakçı qismində yer alıb. Əyani təlimlər praktiki məşğələlər üzərində təşkil olunaraq, şagirdlərə lazimi bacarıqları inkişaf etdirəcək mövzuları əhatə edib.

"BİRinci Məktəblərarası Debat Çempionatı" layihəsinin məqsədi, Şəmkir rayonu üzrə VI-IX siniflərində təhsil alan istedadlı şagirdləri aşkar edərək, onların ictimai nitq, tənqidi düşünmə, təqdimat bacarıqlarının artırmasına dəstək olmaqdır.