“Müharibə veteran” adı və vəsiqəsinin kimlərə verilməsi ilə bağlı siyahının hazırlanması vaxt tələb edir”.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O qeyd edib ki, aidiyyəti dövlət qurumlarına siyahının hazırlanması barədə göstəriş verilib:

“Həmin siyahının nə zaman alt-sistemə daxil edilməsindən asılı olmayaraq ödənişlər gələn ilin yanvarın 1-dən hesablanacaq”.

Qeyd edək ki, “Müharibə veteranı” adı və vəsiqəsi verilən və aidiyyəti qurumlar tərəfindən “Zəfər” altsisteminə daxil edilən şəxslərə gələn ilin yanvar ayının 1-dən Prezidentin aylıq təqaüdü (80 manat) təyin edilib.