Bu il yanvarın 1-nə Azərbaycanda 1 milyon 400 min 824 vergi ödəyicisi olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5,2% çoxdur.

Sahibkarların 87,3%-i fiziki şəxslər, 12,7%-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 4,6% (ümumi artımın 77,5%-i) və 9,6% (ümumi artımın 22,5%-i) çoxdur.

Hesabat dövründə kommersiya qurumlarının sayı 10,5% artıb.