"Yaxın bir neçə saat ərzində, həmişə etdiyimiz kimi, biz Venesuela Konstitusiyası və digər qanunları ilə müəyyən edilmiş şərtlər daxilində qarışıq şirkətlərin və neft hasilatının inkişafına dair müqavilələr imzalayacağıq".

Bunu Venesuelanın neft naziri Tareck El Aissami Twitter hesabında yazıb.

O, paylaşımında bildirib ki, Chevron-un Venesuela prezidenti Xavyer La Rosa ilə işgüzar görüşü baş tutub. Hətta şirkətin 2023-cü ildə ölkədə 100 illik yubileyi qeyd ediləcək.

Ölkənin gündə 717 min barrel neft hasil etdiyini xatırladan Aissami bunu hökumət olaraq hədəflərinin böyük olduğunu və razılaşmadan sonra gündəlik 2 milyon barel neftə çıxarmaq istədiklərini bildirib.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi sazişə dəstək olaraq neft nəhəngi Chevron-a Venesuela neftinin çıxarılmasına məhdud icazə verib.