İtaliyalı elm adamları sel maneələri sisteminin Venesiyanın batmasından və dəniz səviyyəsinin qalxmasından qorumaq üçün kifayət etməyəcəyini bildirirlər. Belə ki, alimlər 2150-ci ilə qədər şəhərin su altında qalacağını proqnozlaşdırırlar.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı tədqiqat İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.

Yeni araşdırmaya görə, Venesiyanın bəzi hissələri 2150-ci ilə qədər su altında qalacaq. Dünyanın turistik şəhərlərindən biri olan Venesiya onilliklərdir ki, tez-tez baş verən daşqınlarla mübarizə aparır.

Tədqiqatçılar bu məlumatları 2008-2023-cü illər arasında qeydə alınan yerin çökməsi ilə bağlı peyk məlumatları ilə birləşdiriblər. Araşdırma nəticəsində şəhərin bəzi hissələrinin 2150-ci ilə qədər həmişəlik su altında qalacağı qənaətinə gəlinib.

 

Gözəl Həşimova