2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə müşahidə üçün veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı dərc olunub.

İqtisadiyyat.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, siyahıda 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsinin adı var.

Siyahı Mərkəzi Seçki Komissiyasının 22 avqust 2024-cü il tarixli 32/152 saylı qərarına əsasən dərc edilib.

Siyahı ilə MSK-nın saytında tanış ola bilərsiniz.