Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan "WhatsApp" istifadəçilərə yeni funksiyalar təqdim etməyə davam edir.

İqtisadiyyat.az xəbər verir ki, “Meta” şirkəti Vatsapa “Android” istifadəçiləri üçün profil şəkillərinin ekran görüntüsünü çəkməsinə mane olacaq yeni funksiyanı təqdim edib. 

Belə ki, ekran görüntüsünü götürməyə çalışdığınız zaman ekranın aşağı hissəsində "tətbiq məhdudiyyətlərinə görə" ekran görüntüsünün çəkilə bilmədiyi bildirişi görünür.

Şirkət bu yeni funksiya ilə istifadəçilərin fotoşəkillərinin saxtakarlıq, imitasiya və ya təcavüz üçün istifadə edilməsinin qarşısını almağa çalışacaq.