ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Vaşinqtonda Milli Qvardiyanın yenidən strukturlaşdırılması məsələsini gündəmə gətirib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Pentaqon ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra Milli Qvardiyanın strukturunu yenidən qurmağı planlaşdırır. Bu çərçivədə paytaxtın hava mühafizəçilərinin gücləndirilməsi və ictimai tədbirlərdə hərbi polislərin sayının artırılması gözlənilir.

Qeyd edək ki, xüsusi statusa malik olan Vaşinqton şəhərinin ştat olmadığı üçün qubernatoru yoxdur. Şəhərdəki Milli Qvardiya bölmələri birbaşa ABŞ prezidentinə tabedir. Prezident həmçinin bu səlahiyyəti müdafiə nazirinə verir.

Bəzi yüksək rütbəli məmurlar Milli Qvardiyanın komandanlığının siyasi liderlərdən uzaqlaşdıraraq, Amerika torpaqlarının qorunmasına cavabdeh olan siyasi olmayan hərbi komandirlərə verilməsini daha məqsədəuyğun hesab edirlər.

Gülşən Şərif