ABŞ Dövlət Departamentinin regional sözçüsü Samuel Warburq müsahibəsində Vaşinqtonun Dəməşqlə hər hansı normallaşmadan imtina etdiyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Birləşmiş Ştatlar da suriyalı qaçqınların geri qayıtmasının əleyhinə olduğunu bildirir. Bəşər Əsəd ərəb qonşularının gözündə yenidən populyarlaşdı, Ərəb Liqasındakı yerini bərpa etdi, lakin Vaşinqton hələ də Dəməşqlə bağlı mövqeyini nəzərdən keçirməkdən qəti şəkildə imtina edir.

Amerika Dövlət Departamentinin regional sözçüsü Samuel Warburq mayın 30-da ərəb mediası Jusour-a verdiyi müsahibədə ABŞ-ın Suriya prezidenti ilə hər hansı normallaşmanı rədd etdiyini bildirib. “Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq siyasi həll yolunda konkret addımlar görməyincə mövqeyimiz dəyişməyəcək. Nəticədə, real irəliləyiş olmadığı halda Əsəd rejiminə qarşı sanksiyalar davam edəcək”.

2015-ci ildə qəbul edilən bu qətnamə Suriya böhranının, xüsusən də Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında seçkilərlə siyasi həllini hədəfləyir.