"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara flaş açıqlama verib.

İqtisadiyyat.az xəbər verir ki, Argentinada yayımlanan  yemək verilişinə qatılan Nara ilə "San Lorenzo" fanatı olan iştirakçı arasında maraqlı dialoq yaşanıb.

"San Lorenzo bu mövsüm yaxşı gedir" deyən Nara və"San Lorenzo bu mövsüm yaxşı gedir" deyən Naraya yarışmaçı "Biz daha da yaxşı ola bilərik. Bizə hücumçu lazımdır. Bəlkə İkardini gətirə bilərik" deyə cavab verib.

Lakin ulduz futbolçunun həyat yoldaşı buna bu sözlərlə etiraz edib:

"Bəlkə sizin üçün bir şey təşkil edə bilərəm, bilmirəm, bir az qarışıq vəziyyətdir. Qoy İkardi Avropada qalsın".

Məlum olduğu kimi, Argentina mətbuatı İkardi ilə "Boka Xuniors"un da maraqlandığını iddia edib. Naranın açıqlamaları bu şayiələri də təkzib edib.