Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

İqtisadiyyat.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 108,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, 20 Fevral tarixində keçirilən valyuta hərracında tələb 102,6 milyon ABŞ dolları təşkil edib.