Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

İqtisadiyyat.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, hərracda tələb 80 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.  

Qeyd edək ki, 27 Fevral 2024-cü il tarixində keçirilən valyuta hərracında tələb 105,1 milyon ABŞ dolları təşkil edib.