Qlobal ticarət avtomobil istehsalı və satışı ilə bağlı tənəzzüldən sonra bərpa olunur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Katibliyi məlumat yayıb.

Məlumata görə, elektron komponentlərin ticarətinin artması da qlobal ticarətin inkişafındakı əsas amillər arasındadır. Bununla belə, qarışıq iqtisadi nəticələr və artan geosiyasi gərginlik dünya ticarətinin gələcək bərpası üçün qeyri-müəyyənlik yaradır.

Məlumata görə, bu ilin ikinci yarısında mal ticarətinin həcmi tədricən öz ortamüddətli tendensiyasına qayıdacaq.

 

Gözəl Həşimova