"Utair" aviaşirkəti iyunun 7-dən Tümen və Türkiyənin Antalya şəhərləri arasında uçuşlara başlayır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tümendəki Roşçino hava limanının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Tümen-Antalya marşrutu üzrə ilk reys iyunun 7-də həyata keçiriləcək. Aviaşirkət həftədə bir dəfə, cümə günləri 189 sərnişin daşımaq üçün nəzərdə tutulmuş "Boeing 737-800" təyyarələri ilə uçuşlar həyata keçirəcək.

Türk Hava Yolları həmçinin Tümen və Antalya arasında həftədə iki dəfə uçuşlar həyata keçirir.

 

Gözəl Həşimova