Ötən il dünyada vəba xəstələrinin sayı 700 mini keçib, 2024-cü ilin yanvarında isə 40 mindən çox insan xəstələnib.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilat xəstəliyin dünyada daha da yayılma riskini çox yüksək qiymətləndirib.

Vəbanın davamlı şəkildə yayılması “2024-cü ilin əvvəlində aydın olur: təkcə yanvar ayında 17 ölkədən 40 900 yoluxma halı və 775 ölüm halı qeydə alınıb”. Xəstəliyin ilin əvvəlindən ÜST-nin altı regionundan dördündə - Afrika, Şərqi Aralıq dənizi, Amerika və Cənub-Şərqi Asiyada qeydə alınıb. Yoluxmaların xüsusilə güclü artımı Zambiya və Zimbabvedə aşkarlanıb.

ÜST xatırladıb ki, 2023-cü ildə 30 ölkədə 708,2 mindən çox vəba yoluxması qeydə alınıb, 4,3 mindən çox insan dünyasını dəyişib. Doqquz ölkədə yoluxma hallarının sayı 10 mini ötüb. Təşkilatın məlumatına görə, 2022-ci ildə dünyada 472 697, 2021-ci ildə isə 223 370 vəba yoluxması müəyyən edilib