Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Qebreyesus pandemiyaların və yeni virusların yenidən yaranma ehtimalına dair proqnozların önəmli olduğunu vurğulayıb. Onun sözlərinə görə, gələcəkdə belə təhlükələrin qarşısını almaq üçün hazırlıqlı olmaq əsas şərtdir.

İqtisadiyyat.az xəbər verir ki, COP29 çərçivəsində ölkəmizə səfəri zamanı jurnalistlərə açıqlama verən Qebreyesus, dünya ölkələrinin fövqəladə hallara qarşı daimi nəzarət və hazırlıq tədbirləri görməsinin vacibliyini qeyd edib.

“Təhlükələrin qarşısını almaq və onların təsirlərini minimuma endirmək üçün hazırlıqlı olmağımız vacibdir. Eyni zamanda, hər birimiz öz məsuliyyətimizi dərk etməliyik”,- deyə ÜST rəhbəri bildirib.